Azərbaycanın da döyüş oyunu yaradıldı - VİDEO (16 +)

13:27 | 06.02.2015
Azərbaycanın da döyüş oyunu yaradıldı - VİDEO (16 +)

Azərbaycanın da döyüş oyunu yaradıldı - VİDEO (16 +)

Azərbaycanda mobil telefonlar üçün "Fatal Fight” adlı yeni oyun hazırlanıb.

Oyunun müəllifi olan TOR MMC-nin baş direktoru Toğrul Səmədov bildirib ki, sınaq mərhələsi davam edən oyun Android sisteminin həvəskarları üçün artıq istifadəyə verilib.

Hazırlıq mərhələsinin xeyli vəsait tələb etdiyini vurğulayan T. Səmədov hazırladıqları oyunu bir müddət sonra İOS sistemi istifadəçiləri, Facebook və Vkontakte sosial şəbəkələrinin ziyarətçiləri üçün də istifadəyə verəcəklərini bildirib.

Əsas komandası 7 nəfərdən (ümumilikdə 14 nəfər) ibarət olan və 6 ay müddətində hazırlanan bu oyunun vizual effektləri "Mortal Combat”, Gameplayi isə ”Thimberman” oyununun (sağ sol düymələri vasitəsilə idarəolunma) motivləri əsasında hazırlanıb.

Sadə idarə olunan, lakin cəldlik tələb edən döyüş üslubunda olan oyunu Android sisteminin istifadəçiləri "Playstore”dan yükləyə bilərlər -  https://play.google.com/store/apps/details?id=fatal.fight

Qeyd edək ki, oyunun yaş həddi 16 yaşdan yuxarıdır.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM