Azərbaycanın ən yaxşı rektoru seçildi

11:05 | 11.07.2014
Azərbaycanın ən yaxşı rektoru seçildi

Azərbaycanın ən yaxşı rektoru seçildi

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov “Ən fəal və ən yaxşı rektor” seçilib.Qafqazinfo xəbər verir ki, Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan 119 minlik “Azərbaycan Universitetləri”ndə ilin ən yaxşı rektoru sorğusu başa çatıb. Sorğunun ilkin mərhələsində 48 rektordan 10 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutub. Sonradan sorğunun ikinci mərhələsinə start verilib. 10-luqdakı rektorlar arasında yarış başlayıb və nəhayət 2013/2014 mövsümünün Facebook sosial şəbəkəsində “tələbələr arasında adı ən çox hallanan ən fəal və ən yaxşı rektor” sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib. 2500-dən çox tələbənin verdiyi səslərə əsasən: 1. Abel Məhərrəmov (BDU rektoru) - 605 səs 2. Ədalət Muradov (ADİU rektoru) - 487 səs 3. Aqiyə Naxçıvanlı (AMİ rektoru) - 441 səs 4. Səməd Seyidov (ADU rektoru) - 325 səs 5. Ahmet Sanıç (Qafqaz rektoru) - 298 səs 6. Arif Paşayev (MAA rektoru) - 104 səs 7. Havar Məmmədov (AzTU rektoru) - 97 səs 8. Kamal Abdulla (BSU keçmiş rektoru) - 89 səs 9. Gülçöhrə Məmmədova (AzMİU rektoru) - 65 səs 10. İbrahim Cəfərov (ADAU rektoru) - 40 səsSəsvermədə yalnız real profillərdən gələn səslər hesaba alınıb və 1 nəfərdən yalnız 1 şərh qaydası ilə hesablanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM