• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
25.07.2024 17:11
Yeni xidmət şirkətlərə korporativ cihazları vahid həll vasitəsilə effektiv şəkildə idarə etmək imkanı verir
 
İnnovativ məhsulları ilə müştərilərinin kibertəhlükəsizlik imkanlarını gücləndirməyi hədəfləyən Azercell Biznes "Mobil Cihazların İdarə Edilməsi” həllini istifadəyə verir. İş tapşırıqlarının məsafədən yerinə yetirilməsi məqsədi ilə əməkdaşlarını smartfon, planşet, əl terminalları və s. mobil cihazlarla təmin edən şirkətlər bu yenilikdən faydalana biləcək.


Yeni həll şirkətdə informasiya təhlükəsizliyinin qorunması, korporativ cihazlar üzərində mərkəzləşdirilmiş idarəetmə və nəzarət sistemi kimi bir çox üstünlükləri özündə cəmləşdirir. Bununla da "Mobil Cihazların İdarə Edilməsi” təşkilatda insan resurslarından səmərəli istifadəni təmin edir və ümumilikdə şirkətdaxili xərclərin optimallaşdırılmasına töhfə verir:




• Təhlükəsizlik: şirkət sirrinin qorunmasını təmin etmək üçün cihazın müəyyən funksiyalarının aktivləşdirilməsi/deaktivləşdirilməsi, cihaz itdiyi/oğurlandığı halda korporativ məlumatların cihazdan dərhal silinməsi və ya cihazın bloklanması imkanı;
• Nəzarət: mərkəzləşdirilmiş idarəetmə, lokasiya nəzarəti, eyni anda bir neçə cihazda müxtəlif əməliyyatlar icra etmək, istifadə hesabatlarını canlı izləmək, şirkət məlumatlarını (fayl, tətbiq və s.) asanlıqla yükləmək/silmək imkanı; 
• Məsafədən idarəetmə: yarana biləcək nasazlıqların operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması,  şirkət siyasətinə uyğun olmayan istifadənin qarşısını almaq üçün cihazlara müxtəlif qaydaların tətbiq edilməsi. 


Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell Biznes innovativ həlləri ilə abunəçilərinə rəqəmsallaşan biznes mühitində dəstək olmağa davam edəcək.


"Mobil Cihazların İdarə Edilməsi” haqqında ətraflı məlumat üçün: Cihazlarınızın təhlükəsizliyi və onlara nəzarət - "Mobil cihazların idarə edilməsi" | Azercell Biznes





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:47
Sabah bu ərazilərdə qaz olmayacaq
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Cəmiyyət 21:27
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Cəmiyyət 21:24
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Cəmiyyət 20:30
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Cəmiyyət 18:36
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
Cəmiyyət 18:13
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
AZAL Bakı-Astana reyslərinin sayını artırır
Cəmiyyət 17:51
AZAL Bakı-Astana reyslərinin sayını artırır
Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub
Cəmiyyət 17:49
Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol