Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

Qarabağda təhsil alan tələbələrə "SuperSən
10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir
Qeyd edək ki, "SuperSən 10GB” tarifinə aylıq 10GB
internet, 500 ölkədaxili dəqiqə, "WhatsApp” və "Facebook Messenger”də pulsuz
yazışma daxildir.
"Azercell Telekom” MMC bütün tələbələri yeni tədris
ilinin başlaması münasibətilə təbrik edir, onlara zehin açıqlığı və uğurlar
arzulayır!
www.anews.az
Qarabağda ilk mobil infrastrukturu quraşdıran "Azercell
Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin
etməyə davam edir. Lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək
olmaq məqsədilə xüsusi kampaniya elan edir.
Kampaniya çərçivəsində tələbələrə yeni Fakturasız xətt
Azercell nömrəsi və "SuperSən 10GB”
tarif paketinə 6 aylıq abunəlik hədiyyə edilir. Bu müddət bitdikdən sonra isə bir
il ərzində tarif paketindən 50% endirimlə istifadə etmək imkanı verilir.
Kampaniyadan yararlanmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə
bileti ilə noyabr ayının 30-dək Azercell-in Xankəndi şəhərində (Qarabağ
Universitetinin qarşısında) fəaliyyət göstərən Səyyar Müştəri Xidmətlərinə müraciət
etmək olar.
Kampaniya haqqında ətraflı məlumat ilə Azercell-in
rəsmi veb səhifəsində tanış olmaq mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər