Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

15:23 | 23.09.2024
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

Lider mobil operator "Uğur qızlarımızındır” adlı sosial layihəyə start verdi

Sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya Texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar Azercell-in qonağı oldular. Görüş "Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutdu. 


"Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir.  Gənclərimiz arasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələr nümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinc hissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələb edir. Ölkəmizdə yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq bir şirkət olaraq sizə bu yolda daima dəstək göstərməyə hazırıq. İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olan qızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulması üçün zəmin yarada biləcəyik”,- deyə tələbələri təbrik edən Şirin Əliyeva bildirdi.

Qızlara təhsil müddəti ərzində Azercell-də təcrübə keçmək imkanı verildiyini bildirən Dilarə Hüseynova qeyd etdi: "Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”. 


Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqda məlumat verdi, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında danışdı. 
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və "SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edildi. 


"Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!


Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmişdir. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti