"Azəriqaz" bir neçə yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır

10:49 | 23.10.2015

"Azəriqaz" bir neçə yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır

Bu gün Bakının Xətai və Abşeron rayonlarında, həmçinin Mingəçevir şəhərində  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 23-də saat 10:00-dan 15:00-dək  Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, saat  10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində, saat 09:00-dan 18:00 dək isə Mingəçevir şəhərinə  təbii qazın verilişində fasilələr yaranacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM