“Azərişıq”ın yeni loqosu açıqlandı - FOTO

15:17 | 10.03.2015
“Azərişıq”ın yeni loqosu açıqlandı - FOTO

“Azərişıq”ın yeni loqosu açıqlandı - FOTO

"Azərişıq” ASC-nin bu gün fəaliyyətə başlamasının bir ayı tamam olur.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

ASC bu gündən yeni loqo ilə fəaliyyət göstərəcək.

Adıçəkilən yeni loqonu sizə təqdim edirik:

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM