“Azərsu”dan xəbərdarlıq - 24 saat su olmayacaq

17:40 | 22.08.2014
“Azərsu”dan xəbərdarlıq - 24 saat su olmayacaq

“Azərsu”dan xəbərdarlıq - 24 saat su olmayacaq

Nəsimi və Səbail rayonlarının bir hissəsində içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.“Azərsu” ASC –dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması  işləri çərçivəsində  ərazidən keçən su və kanalizasiya xətlərinin  dəyişdirilməsi ilə əlaqədar  23 avqust 2014-cü il tarixdə  saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM