Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı bilindi

09:20 | 30.10.2015
Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı bilindi

Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı bilindi

Çobanlıqla məşğul olan Tuqay Mikayılov üç ilə qədər həbs edilə bilər.

Ermənistanda azərbaycanlı olan Gürcüstan vətəndaşı Tuqay Mikayılovun məhkəməsi başlayır. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Вməhkəmə Lori vilayət məhkəməsində noyabrın 2-də olacaq. 

35 yaşlı Mikayılova qarşı sərhəddi qanunsuz keçmək ittihamı ilə cinayət işi açılıb. Bu maddəyə görə o 100 min dram cərimə edilə və ya 3 il müddətinə azadlıqdan məhrum oluna bilər. 

İyulun 23-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

Qohumlarının sözlərinə görə, bu hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Turqayı İrəvana aparıblar. 

T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və İrəvanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM