• $ 1.7
  • € 1.9949
  • ₽ 0.021634
  • ₺ 0.042
  • £ 2.2997

“Azneft” İstehsalat Birliyinin yeni istehsalat obyektləri tikilir

“Azneft” İstehsalat Birliyinin yeni istehsalat obyektləri tikilir
21.07.2016 13:29
SOCAR-ın "Azneft” İstehsalat Birliyi tərəfindən yeni neft və qaz quyularının qazılması üçün perspektivli sahələrin genişləndirilməsi, əlavə istehsalat sahələrinin tikintisi üzrə işlər planlı şəkildə həyata keçirilir.

ANN.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Birliyinin sifarişi əsasında "Günəşli” yatağında yerləşən 14 saylı dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır. Yaxın günlərdə quyu şaxtaları quraşdırılacaq. Artıq yataqda yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 2-ci qazma qurğusunun avadanlıqlarının quraşdırılması işlərinə başlanılmışdır. Özüldə 20 quyunun qazılması nəzərdə tutulur ki, həmin avadanlığın quraşdırılması bu işləri daha da sürətləndirəcək. "Neft Daşları” yatağında da mühüm tədbirlər həyata keçirilir. Yataqdakı 2585 saylı özüldən növbəti 8 quyunun qazılması üçün maneçilik törədən mövcud texnoloji xətlərin və avadanlıqların köçürülməsi və yenidən qurulması işləri davam etdirilir. N.Nərimanov adına NQÇİ-nin 2 saylı qazma məntəqəsinin tikintisi işləri çərçivəsində 4 ədəd dayaq bloku və digər metal konstruksiyalar (aralıq seksiyaları, yanalma meydançaları və s.) tikinti nöqtəsinə nəql olunmuşdur. Növbəti mərhələdə isə daha 2 ədəd dayaq blokunun nəqli planlaşdırılır. Neft-qaz infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
İqtisadiyyat 17:01
Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
BTC boru kəməri iıə ixrac edilən neft spesifikasiyalara uyğundur
İqtisadiyyat 15:06
BTC boru kəməri iıə ixrac edilən neft spesifikasiyalara uyğundur
Azərbaycanın sığorta bazarı böyüyüb
İqtisadiyyat 14:14
Azərbaycanın sığorta bazarı böyüyüb
ABB-nin Yasamal filialı əvvəlki ünvanındafəaliyyətini bərpa etdi!
İqtisadiyyat 12:49
ABB-nin Yasamal filialı əvvəlki ünvanındafəaliyyətini bərpa etdi!
İnformasiya texnologiyaları sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini
İqtisadiyyat 12:35
İnformasiya texnologiyaları sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini
Azərbaycan sement və kimya məhsullarının ixracını artırıb
İqtisadiyyat 12:06
Azərbaycan sement və kimya məhsullarının ixracını artırıb
qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:56
qızıl və gümüş ucuzlaşıb
Eni Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib
İqtisadiyyat 11:06
Eni Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib
İpoteka Fondu bu günədək 3,56 milyard manat kredit verib
İqtisadiyyat 10:55
İpoteka Fondu bu günədək 3,56 milyard manat kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol