Bakı aeroportunda ölüm

22:22 | 30.12.2014
Bakı aeroportunda ölüm

Bakı aeroportunda ölüm

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

Hadisə şahidlərinin Anspress-ə verdiyi məlumata görə, aeroportun girəcəyində sərnişinlərdən birinin halı pisləşib. Kişi qəfil yerə yıxılıb.

Dərhal təcili yardıma xəbər verilib. Lakin həkimlər gələnə qədər kişi dünyasını dəyişib.

İlkin məlumata görə, kişi ürək çatışmazlığından dünyasını dəyişib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ölüm faktını təsdiqləyib. O, dünyasını dəyişən şəxsin 1948-ci il təvəllüdlü İsfəndiyar Hüseynov olduğunu deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM