Bakı-Aktau aviareysi ucuzlaşdırıldı

10:52 | 28.04.2015
Bakı-Aktau aviareysi ucuzlaşdırıldı

Bakı-Aktau aviareysi ucuzlaşdırıldı

"Azərbaycan Hava Yolları" QSC növbəti endirim aksiyasına start verib.
 
"Report”un aviaşirkətdən aldığı məlumata görə, Bakı- Aktau-Bakı istiqamətindəki uçuşlar üçün endirim aksiyası başlayıb.

Bu istiqamətdə olan hər iki istiqamətdə uçuşlara biletin qiyməti Bakı-Aktau-Bakı reysinə 213 avro (243 manat), Aktau-Bakı-Aktau reysinə 263 ABŞ dolları (276 manat) təşkil edir.

Endirimli uçuşlar mayın 24-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur, məntəqədə maksimal qalma müddəti bir aydır və qiymətə yığımlar və rüsumlar daxildir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb