Bakı avtobusunda cibgir tutuldu

11:13 | 27.11.2013
Bakı avtobusunda cibgir tutuldu

Bakı avtobusunda cibgir tutuldu

BŞBPİ Bakıda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. 

ANN.Az həmin məlumatları təqdim edir: 

Noyabrın 25-i saat 20 radələrində Qusar rayon sakini Vadik Kərimov 46 saylı xətt avtobusunda qadının çantasından oğurluğa cəhd edərkən Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 35-ci PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Araşdırmalar zamanı onun noyabrın 18-də 95 saylı xətt avtobusunda daha bir vətəndaşın cibindən mobil telefon oğurladığı məlum olub.

Noyabrın 23-də Səbail rayonu Salyan yolu 12-nin qarşısında Elman Mustafayevin idarə etdiyi «VAZ-2106» markalı və Yavər Qasımovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub. Xəsarətlərlə KTM-ə daxil olan E.Mustafayev noyabrın 26-da ölüb.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Elçin İsmayılov tutulub.

Oktyabrın 8-i saat 00:30 radələridə Z.Bünyadov prospektində naməlum şəxslər Bakı şəhər sakini İsmət Xudaquliyevin boğazına bıçaq dirəməklə pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar. Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsi və 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Ruslan Səfərov və Şamxal Məmmədov tutulublar.

Noyabrın 24-ü saat 23 radələrində Pirallahı rayonu Fioletov küçəsində Gülnarə Ələsgərovanı bıçaqla hədələyib, içərisində mobil telefon olan əl çantasını talamaqda şübhəli bilinən Astara rayon sakini Zaur Həsənov Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM