Bakı buxtasının ən böyük Gülü sökülür? - FOTOLAR

15:01 | 25.02.2014
Bakı buxtasının ən böyük Gülü sökülür? - FOTOLAR

Bakı buxtasının ən böyük Gülü sökülür? - FOTOLAR

Bakı buxtasının ən böyük gülü sökülür. Bulvara yaxın ərazidə sahildən 700 metr məsafədə quraşdırlılan Gül fəvvarəsinin taleyi ilə bağlı Milli.Az-a məlumat daxil olub. Diametri 15 metr, dəniz suyu səviyyəsindən hündürlüyü 5 metr, su şırnağının vurulma hündürlüyü isə 100 metr olan Gül fəvvarəsi dəmir beton özüllər üzərində quraşdırılmış mürəkkəb quruluşa malik metal konstruksiyadan ibarətdir. Məlumata görə, artıq metal konstruksiyadan ibarət olan gülün bir hissəsi çıxarılıb, ərazidə ağır texnika işləyir.Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a açıqlamasında bildirdi ki, həmin fəvvarə sökülə bilməz. Ola bilsin ki, təmir işləri aparılır. Qarşıdan isti aylar gəldiyindən mövsümə hazırlanır.Gül fəvvarəsini inşa edən “ADO-G Şirkətlər Qrupu"ndan Arif Şəkiyev Milli.Az-a bildirdi ki, həmin fəvvarə sökülmür. Direktor müavininin sözlərinə görə, həmin fəvvarədə yenilik olacaq. A.Şəkiyev yeniliyin nədən ibarət olacağı barədə açıqlama vermədi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM