Bakı Metropolitenində daha iki nəfər işdən çıxarıldı

17:00 | 27.04.2014
Bakı Metropolitenində daha iki nəfər işdən çıxarıldı

Bakı Metropolitenində daha iki nəfər işdən çıxarıldı

Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb. Metropolitenin baş mühasibi Larisa Xalafli tutduğu vəzifədən çıxarılıb. O, 1988-ci ildən bu vəzifədə çalışırmış. 

QSC sədrinin başqa bir əmri ilə Metropolitenin hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi Vidadi Tağıyev də vəzifəsindən azad edilib. V.Tağıyev isə 1999-cu ildən indiyədək şöbə rəisi vəzifəsini tuturdu. Rəis postundan azad edilən V.Tağıyev yanğınsöndürən vəzifəsinə keçirilib. 

"Bakı Metropoliteni” QSC-dən verilən açıqlamada hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, sədr Zaur Hüseynovun əmrinə müvafiq olaraq, baş mühasibin səlahiyyətlərinin icrası baş mühasibin müavini Həyat Gülmətovaya həvalə olunub. Digər əmrlə Rafiq Hüseynqulu oğlu Müvəffəq metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

"Bakı Metropoliteni”QSC-dən onu da bildiriblər ki, sədr Zaur Hüseynov qurumun rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə müşavirə keçirib. Müşavirədə xidmət rəislərinin hesabatlarını dinləyən sədr nöqsanları müzakirə etdikdən sonra müvafiq tapşırıqlar verib. Tapşırıqlardan biri də metropoliten işçiləri üçün “Bilgəh” istirahət sahəsinin növbəti mövsümə hazırlığı ilə bağlı olub. Z.Hüseynov oradakı bütün köhnə binaların və avadanlıqların yenilərilə əvəz olunmasının zəruriliyini vurğulayıb.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti