Bakı Metropolitenində həyəcanlı anlar

10:00 | 10.02.2014
Bakı Metropolitenində həyəcanlı anlar

Bakı Metropolitenində həyəcanlı anlar

Bu gün səhər saat 7.30 radələrindən etibarən Bakı Metropolitenində qatarların hərəkətində problemlər yaranıb.AzNews.az xəbər verir ki, Həzi Aslanov istiqamətində hərəkət edən qatarlar arasında 15-20 dəqiqəlik intervalın yaranması sərnişin sıxlığına səbəb olub.Stansiyalarda sərnişinlər çətinliklə hərəkət edib, vaqonlara düşüb-minərkən sıxlıq yaranıb. Nəticədə sıxlığa və havasızlığa dözməyən, xüsusən məktəbyaşlı uşaqlar və yaşlı insanların səhhətində narahatlıq özünü göstərib.Metropolitendən verilən məlumata görə, problemin yaranmasına səbəb İçərişəhər və Dərnəgül istiqamətlərdə hərəkət edən qatarlarda texniki nasazlığın yaranması olub.Nəticədə qatarların hərəkət intervalında 23 dəqiqə fasilə yaranıb.Problemin yaxın zamanda həllini tapacağı vurğulanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM