Bakı Metropoliteninin əməkdaşı həbs edildi

12:18 | 24.07.2014
Bakı Metropoliteninin əməkdaşı həbs edildi

Bakı Metropoliteninin əməkdaşı həbs edildi

Bakıda axtarışda olan şəxs tutulub.
 
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.
 
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olan, Abşeron rayonunda yaşayan “Bakı Metropoliteni” QSC-də  stansiya növbətçisi işləyən, 1974-ci il təvəllüdlü Seymur Eldar oğlu Məhərrəmov tutularaq Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM