Bakı Metropoliteninin yeni sədri danışdı

16:18 | 27.02.2014
Bakı Metropoliteninin yeni sədri danışdı

Bakı Metropoliteninin yeni sədri danışdı

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov Lent.az-a danışıb. O lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: “Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm”.“Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına Z. Hüseynov belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”.Qeyd edək ki, prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamqa qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM