Bakı metrosunda bədbəxt HADİSƏ

10:50 | 16.07.2014
Bakı metrosunda bədbəxt HADİSƏ

Bakı metrosunda bədbəxt HADİSƏ

Bu gün səhər 08.15 radələrində Bakı metrosunda bədbəxt hadisə qeydə alınıb. Metronun “28 May” stansiyasında qatar gözləyən 30 yaşlı gəncin ayağı qatarla platforma arasında qalıb. 
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, stansiyada olan bələdçilərin çağırışı ilə polis əməkdaşları gəncə ilk yardım göstərib. Ayağından xəsarət alan gənc özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılıb. 
Polis əməkdaşlarının köməyi ilə gənc stansiyadan çıxarılaraq təcili tibbi yardım maşınına aparılıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM