Bakı metrosunda boğulma - FOTOLAR

10:31 | 29.10.2014
Bakı metrosunda boğulma - FOTOLAR

Bakı metrosunda boğulma - FOTOLAR

Metronun “20 yanvar” stasiyasında sərnişin sıxlığı son həddə çatıb
Bu gün səhər saatlarında Bakı metrosunda görünməmiş sıxlıq yaşanıb. 
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saat 08:20-dən başlayaraq təxminən bir saat ərzində metronun “20 yanvar” stansiyasında vəziyyət acınacaqlı olub. Əsasən “Dərnəgül” istiqamətindən “Həzi Aslanov” istiqamətində gedən qatarlara minmək müşkülə çevrilib.
İş o yerə çatıb ki, sərnişinlər məcbur olublar ki, əks istiqamətlərdə qatarlara minərək geri qayıtsınlar.
Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhərdən başlayaraq metronun hərəkətində heç bir nasazlıq qeydə alınmayıb.
“Sərnişinlər qatarlardan minib-düşərkən vaxt itkisi olur. Minənlər düşənlərə yol vermir. Bundan başqa, vaqonun qapılarının bağlanmasına mane olurlar. Bununla da, qatarın intervalında gecikmə yaranır. Sərnişinlərə müraciət edirik ki, metroda qatarların hərəkətinə süni maneyə yaratmasınlar”, - deyə Nəsimi Paşayev bildirib.
Əslində metronun qış rejiminə əsasən “Həzi Aslanov” stansiyası ilə “28 may” stansiyası arasında interval 2 dəqiqə olmalıdır. Bəzən isə interval 4 dəqiqəyə gəlib çıxa bilər. Bu vaxtı azaltmaq isə mümkün deyil. Ümumilikdə metroda 40 qatar xidmət göstərir.
Metroda sərnişin sıxlığının qarşısını almaq üçün yeni stansiyalar tikilir və xətlər ayrılır. Bundan sonra metroda sərnişin sıxlığı azalacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM