Bakı metrosunda nə baş verib? - FOTO

11:28 | 24.07.2014
Bakı metrosunda nə baş verib? - FOTO

Bakı metrosunda nə baş verib? - FOTO

Sərnişinlər qatarın hərəkətində ləngimələr olduğunu deyirBu gün səhər saatlarında Bakı Metropolitenində baş verənlər sərnişinləri əsəbləşdirib. ANS PRESS-in məlumatına görə, hərəkətdə olan qataraın qapısının rezinləri yerindən çıxıb. Bunu əks etdirən foto Facebook-da paylaşılıb.Məlumata görə, qatarın vaqonlardan birinin qapılarında problem yaranıb. Vaqonun qapısının rezin tutacaqları yerindən çıxıb. Nəticədə qatarın hərəkəti dayandırılıb. Xeyli yubanma olduğu üçün sərnişinlər arasında narazılıqlar olub.Məsələ ilə bağlı Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovla əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, belə bir hadisə baş verməyib.“Bu gün metro qatarlarının hərəkətində heç bir ləngimə olmayıb. Ümumiyyətlə qatarın qapısında da belə problem olmayıb. Deyilənlərin hamısı yalandır”, - deyə Hidayət Məmmədov bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM