• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakı metrosunda qatar 11 dəqiqə tuneldə niyə dayandı?

Bakı metrosunda qatar 11 dəqiqə tuneldə niyə dayandı?
29.05.2020 03:47

Bu gün Bakı Metropolitenində baş vermiş həyəcanlı anlarla əlaqədar qurum tərəfindən açıqlama gəlib. 

Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayevin ANS PRESS-ə verdiyi məlumata görə, metronun “Dərnəgül” istiqamətindən “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlardan birinin vaqonunda texniki nasazlıq yaranıb. Hadisə “Nizami” stansiyasından “28 may” stansiyasına gedən qatarda baş verib. Nəticədə həmin istiqamətdə hərəkət edən qatarların hamısının qrafikində ləngimələr baş verib. Qatar dərhal boşaldılıb və depoya göndərilib.

Etibar İsayevin sözlərinə görə, qatarlar tuneldə 3 dəqiqədən artıq dayanmayıb: "Heç bir sərnişinin halı pisləşməyib və heç bir problem yaranmayıb". 

Lakin hadisə baş verən vaxt ANS PRESS-in müxbiri də "İnşaatçılar" ilə "Elmlər Akademiyası" stansiyaları arasındakı tuneldə qalan qatarda olub. Müxbirin sözlərinə görə, qatar tuneldə 11 dəqiqə qalıb.

Qeyd edək ki, bu gün səhər 08:31 radələrində Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Metronun "Dərnəgul" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" ilə "Elmlər Akademiyası" stansiyaları arasındakı tuneldə 11 dəqiqə dayanıb. Bu müddət ərzində sərnişinlər çətin anlar yaşayıb. Qatarda havalandırma sistemi yaxşı işləmədiyindən, bir neçə sərnişinin səhhətində problemlər yaranıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:47
Sabah bu ərazilərdə qaz olmayacaq
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Cəmiyyət 21:27
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Cəmiyyət 21:24
Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Cəmiyyət 20:30
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Cəmiyyət 18:36
Bakı-Qəbələ qatarı şənbə-bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
Cəmiyyət 18:13
Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
AZAL Bakı-Astana reyslərinin sayını artırır
Cəmiyyət 17:51
AZAL Bakı-Astana reyslərinin sayını artırır
Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub
Cəmiyyət 17:49
Müəllimlərin vakansiya seçiminin nəticələri elan olunub
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol