Bakı metrosunda qatar sərnişin vurdu

10:03 | 28.02.2014
Bakı metrosunda qatar sərnişin vurdu

Bakı metrosunda qatar sərnişin vurdu

"28 May" metrostansiyasında həyəcanlı anlar yaşanıb. Milli.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, platformanın qırağında, xətdən kənarda durmayan sərnişini qatar vurub. Metro köməkçilərinin "Xətdən kənara durun!" əmrinə tabe olmayan oğlan qatar gedərkən onun yan güzgüsünə dəyib. Oğlan çiynindən zədə alıb, qatarın güzgüsü sınaraq yerə tökülüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM