Bakı metrosunda sərxoş kişi relsin üstünə yıxılıb

15:20 | 02.12.2013
Bakı metrosunda sərxoş kişi relsin üstünə yıxılıb

Bakı metrosunda sərxoş kişi relsin üstünə yıxılıb

Bakı metrosunda sərxoş şəxs qatar xəttinin üzərinəə düşüb. 

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 1-də saat 18 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb. Lerik rayon sakini Əfsər Bayramov sərxoş halda qatar xəttinə yıxılaraq xəsarət alıb. Ə. Bayramov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

 

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM