Bakı metrosunun sərnişinlərinə Xoş xəbər

15:20 | 14.02.2014
Bakı metrosunun sərnişinlərinə Xoş xəbər

Bakı metrosunun sərnişinlərinə Xoş xəbər

“Gənclik” metrostansiyasının əlavə çıxışı tikilir.

Xeyli müddətdir “Gənclik” metrostansiyasının ətrafında yeni tikililər, yeraltı maşın tunelləri və sair inşa olunur.

Metrostansiyanın özündə yeniliklər tətbiq olunmasa da, ona əlavə olaraq çıxış tikilir.

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, metronun dörd ədəd çıxışına daha biri əlavə olunur.

Belə ki, çıxışlardan biri Tofiq Bəhramov adına stadionun qarşısına çıxırsa, yolun əks istiqamətinə çıxacaq daha biri inşa olunur.

Tikinti aparan şirkətin mətbuat xidmətinin rəhbərinin verdiyi məlumata görə, “Gənclik” metrosunun ətrafında bir neçə keçidin tikintisi gözlənilir.

“Qələbə” tunel tipli yol qovşağına aid olan 10 keçiddən biridir. Hal-hazırda həmin o piyada keçidlərindən ikisi təhvil verilib, ikisinin tamamlanma işləri gedir, ekskalatorları qoyulub.

Yerdə qalan altı keçidin tikintisi isə davam edir və qeyd etdiyimiz keçid də bura daxildir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM