Bakı parkında bomba həyacanı

10:54 | 13.03.2014
Bakı parkında bomba həyacanı

Bakı parkında bomba həyacanı

Bakıda parkın ərazisində bomba olması barədə məlumat yayılıb. ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aidiyyatı qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparılıb. Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 00:10-da başa çatıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM