Bakı polisi cinsi azlıqlarla bacarmadı - FOTOLAR

13:39 | 04.07.2014
Bakı polisi cinsi azlıqlarla bacarmadı - FOTOLAR

Bakı polisi cinsi azlıqlarla bacarmadı - FOTOLAR

Cinsi azlıqlar yenidən Moskva prospektinə cəm oldularYasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinlərinin şikayətindən sonra polis cinsi azlıqları həmin ərazidən yığışdırsa da, bu ünvana cinsi azlıqlar yenidən gəliblər. ANN.Az xəbər verir ki, bu barədə sakinlər Bizimyol.info-nun əməkdaşına məlumat veriblər. Reportyor əraziyə yollanarkən şahidi olub ki, cinsi azlıqlar polisin gözü qarşısında Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Sakinlər bildirirlər ki, onlar ictimai əxlaqsızlıqdan gecələr yaşadıqları ərazidə hərəkət edə bilmədiklərindən bu dəfə Prezident Administrasiyasına gedərək şikayət edəcəklər.Qeyd edək ki, sakinlər bir müddət öncə Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, tabeliklərində olan polis orqanlarına ərazini daimi nəzərətdə saxlaması üçün tapşırıq  verilməsini istəmişdilər. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM