Bakı polisindən əməliyyat: 29 nəfər saxlanıldı

12:05 | 12.01.2015
Bakı polisindən əməliyyat: 29 nəfər saxlanıldı

Bakı polisindən əməliyyat: 29 nəfər saxlanıldı

Bakı şəhərinin bir neçə rayonunda dilənçilər saxlanılıb.

Bakı şəhər BPİ-dən Oxu.Az-a verilən məlumata görə, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər saxlanılıb. Onların  barələrində inzibati qaydada tədbir görülüb. Saxlanılanlardan 7-i kişi, 6-ı qadın, 16-ı azyaşlı olub.

Dilənçilərin qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM