Bakı Təhsil İdarəsindən məktəbdəki saçyolduya REAKSİYA

11:57 | 09.01.2015
Bakı Təhsil İdarəsindən məktəbdəki saçyolduya REAKSİYA

Bakı Təhsil İdarəsindən məktəbdəki saçyolduya REAKSİYA

"Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun əməkdaşları müəllimin azyaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyi araşdırmaq üçün 53 saylı orta məktəbdədir".

Bu barədə ANS PRESS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BŞTİ-dən bildirilib ki, araşdırmada prosesində 53 saylı məktəbin direktoru, azyaşlı uşağa vəhşilik etdiyi deyilən müəllimə, şagird və onun valideynləri iştirak edir. Bununla yanaşı, məktəbə dermatoloq həkim də dəvət edilib.

Qeyd edək ki, Bakıda müəllimin azyaşlı məktəbli qıza qarşı vəhşilik etdiyi iddia olunub. ANS PRESS-in məlumatına görə, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.

Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunur. Səbəb isə birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM