Bakı Zooparkının köçürüləcəyi yer dəqiqləşdi

12:04 | 11.03.2014
Bakı Zooparkının köçürüləcəyi yer dəqiqləşdi

Bakı Zooparkının köçürüləcəyi yer dəqiqləşdi

Uzun müddətdir köçürülməsi planlaşdırılan  Bakı Heyvanat Parkının - zooparkın yeni ərazisi dəqiqləşib. Lakin vaxt və yer hələlik açıqlanmır. Qeyd edək ki, Zooparkdakı heyvanların bir hissəsinin artıq köçürüldüyünə dair məlumatlar dolaşır.Məsələyə aydınlıq gətirmək üçün Zooparkın müdiri Azər Hüseynovla əlaqə saxladıq. Modern.az saytına açıqlamasında A.Hüseynov köçürülmə üçün ilk növbədə yeni zooparkın tikintisinin olmasını bildirdi.“Yeni zoopark hazır olmadan bu mümkün olan bir şey deyil”.Ekologiya və Təbii Sərvətlər Naziriyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yeni Zooparkın yeri və tikintiyə başlama tarixi barədə yaxın günlərdə mətbuata açıqlama veriləcəyini bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM