Bakıda 1 000 manata çörək

10:55 | 28.06.2014
Bakıda 1 000 manata çörək

Bakıda 1 000 manata çörək

Sosial şəbəkələrdə Bakıda 1 000 manata çörək olduğunu əks etdirən fotoşəkil yayılıb. ANS PRESS-in xəbərinə görə, şəkil Bakının Yasamalrayonunun Yeni Yasamal yaşayış massivində çəkilmiş çörək “budka”sınaaiddir. Köşkün üstündə, “1 000 manat çörək” – yazılıb. Həmçinin burda çörək sözükiril əlifbası ilə yazılıb. İstər çörəyin qiyməti, istərsə də yazınınkril əlifbası ilə yazılması bu köşkün manatın denominasiyasından əvvələaid olduğunu göstərir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pulnişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi(denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı ilyanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM