Bakıda 100-ə yaxın ev işıqsız qaldı

09:12 | 07.07.2014
Bakıda 100-ə yaxın ev işıqsız qaldı

Bakıda 100-ə yaxın ev işıqsız qaldı

Ötən gecə Bakının Binəqədi rayonu Gülüstan qəsəbəsində yanğın hadisəsi baş verib Yanğın, qəsəbənin 13-cü dalanında quraşdırılan trosformatordan evlərə və ətraf küçələri cərəyan ötürülməsini təmin edən işıq dirəyində başlayıb. Bir neçə dəqiqə davam edən yanğında xəttlərdən biri qırılaraq yola düşüb. Naqillərin alışdığını görən məhəllə sakinləri dərhal rayon enerji idarəsinə və Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.Yanğının baş verdiyi ünvana Binəqədi rayon dövlət yanğından mühafizə hissəsinin və rayon enerji idarəsinin əməkdaşları cəlb olunub. Qəza nəticəsində qırılaraq yola düşən naqili cərəyandan ayırmaq üçün həmin xətt tronsformatordan söndürüldü. Yüzə yaxın evi enerji ilə təmin edən xəttin yüklənmədən yandığı deyilir. Rayon elektrik idarəsinin əməkdaşı Namizəd Osmanov bütün gecə iş aparılacağını və yqnmış naqilin yenisi ilə əvəzlənəcəyini deyib.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM