Bakıda 24 şadlıq sarayına qadağa qoyuldu

14:03 | 31.10.2014
Bakıda 24 şadlıq sarayına qadağa qoyuldu

Bakıda 24 şadlıq sarayına qadağa qoyuldu

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının aznews.az-a verdiyi məlumata görə, yoxlama aparılan təsərrüfat subyektlərinin 43-də standartlara uyğun olmayan məhsullar aşkar edilib.

F.Talıblı bildirib ki, 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub.

Komitə sözçüsü onu da əlavə edib ki, dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb.

Standartların daha çox pozulduğu ərazilər Bakı şəhərində qeydə alınıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM