Bakıda ağacları soyqırıma məruz qoydular - VİDEO

14:16 | 23.10.2014
Bakıda ağacları soyqırıma məruz qoydular - VİDEO

Bakıda ağacları soyqırıma məruz qoydular - VİDEO

Xətai rayonun sakinlərinin müraciəti ilə ANN.Az-ın çəkiliş qrupu Əhmədli qəsəbəsindəki ağaclıqların kütləvi şəkildə kəsilməsi faktını araşdırmağa yollanıb. Ukrayna dairəsinin ətrafındakı mövcud mənzərə heç də ürəkaçan deyildi. İstər Həzi Aslanov metrosu istiqamətində, istərsə də Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat institutu istiqamətində sıra ilə əkilmiş ağacların məhv edildiyi açıq-aşkar görünürdü. Hətta sakinlərdən biri həmin ərazinin iki il öncə çəkilmiş şəklini də göstərdi. Meşəlik ərazidə yüzlərlə ağac qırılaraq yerində müxtəlif tipli obyektlər tikilməkdə idi. Ərazidəki şəhid abidəsinin çox natəmiz, heç də xoş  olmayan görüntüsü də nəzərimizdən qaçmadı. Ətraflı video reportajımızda izləyə bilərsiniz. 

Reportajı hazırladı:

Fəridə Əliyeva

Mehman Həsən

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür