Bakıda ağaclar təhlükə mənbəyinə çevrilib - VİDEO

09:25 | 16.07.2014
Bakıda ağaclar təhlükə mənbəyinə çevrilib - VİDEO

Bakıda ağaclar təhlükə mənbəyinə çevrilib - VİDEO

Hazırda Bakının Nizami rayonunda yaşayan sakinləri narahat edən isə həyətlərindəki qocaman ağaclardır.ANS TV-nin məlumata görə, 82 yaşlı Ramazanı həyəcan təbili çalmağa vadar edən həyətlərindəki qocaman ağaclardır. Nizami rayonu, Yavər Əliyev 12 ünvanındakı bir neçə ağac ömrünü başa vurduğundan sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Bir vaxtlar kölgəsində dincəldikləri ağacların indi altından keçmək qorxuludur. Başı göylərə dəyən ağacın gövdəsi tamamilə çürüyüb.Təkcə qabıq qatı qalan ağac yüngül küləyə bənddir ki, kökündən aşsın. 30 metrə yaxın hündürlüyü olan ağacın aşması isə fəsadsız ötüşməyəcək. Çünki ətrafda evlər yerləşir. Həyət-bacada oynayan uşuqlar, valideynləri, bir sözlə heç kim bu ağacın aşaraq yarada biləcəyi fəsaddan sığortalanmayıb. Digər ağac isə küçədə yerləşir. Onun bir qanadı çürüdüyündən ötən il kəsilib. Digəri isə təhlükə mənbəyinə çevrilib. Həmçinin ağacın altından elektrik və qaz xətti keçdiyindən ağacın aşması, həm də yanğın və partlayışa səbəb ola bilər. Sakinlər onları gözləyən bu təhlükələrlə bağlı ümidləri gələn bütün qapıları da döyüblər.Şikayətçi Əliyar Tağıyevin sözlərinə görə, bir aydır ekologiya, yaşıllaşdırma və bitkiçiliyə zəng etmişik, bircə qalıb “Miçurinə” zəng edək ki, gəlib tədbir görsünlər. Məsələ ilə bağlı yaşıllaşdırma idarəsinin rəis müavini Nurəddin Rzayev bildirdi ki, əməkdaşlar dərhal araşdırma apararaq müvafiq tədbir görəcəklər. Görüləcək bu tədbir isə bəlkə də böyük təhlükənin, insan itkisinin qarşısnı alacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM