Bakıda ali məktəbdə ölüm

11:33 | 28.01.2015
Bakıda ali məktəbdə ölüm

Bakıda ali məktəbdə ölüm

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaşı iş başında vəfat edib.

Bu barədə ADNA-dan məlumat verilib. Vəfat edən akademiyanın Əsaslı Kitabxanasının direktoru Cabir Ağaməmmədov olub.

ANS PRESS-ə verilən məlumata görə o, yanvarın 26-da işdə olarkən saat 17 radələrində səhhəti pisləşib. Kitabxananın direktoru qəfildən infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Cabir Lənkəran oğlu Ağaməmmədov 1939-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. 1984-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının əsaslı kitabxanasının direktoru vəzifəsində işləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM