Bakıda ağır qəza: qatar kişinin üstündən keçdi

12:26 | 16.10.2014
Bakıda ağır qəza: qatar kişinin üstündən keçdi

Bakıda ağır qəza: qatar kişinin üstündən keçdi

Sabunçu rayonu ərazisində qatar kimliyi bilinməyən kişini vurub.
Virtualaz.org saytı bildirir ki, hadisə gecə saatlarında baş verib.
“Tümen-Bakı” sərnişin qatarı Sabunçu rayonundakı dəmiryolu vağzalının yaxınlığından keçərkən şəxsiyyəti məlum olmayan, təxminən 45-50 yaşlarında olan kişini vurub.
Qatar vuran şəxsin meyitini səhər saatlarında hadisə yerindən keçən qəsəbə sakinləri görərək, Sabuçu Xətt Polis Şöbəsinə məlumat veriblər. Hadisə şahiddlərinin verdiyi məlumata görə, meyit tanınmaz hala düşdüyündən heç kim tanıya bilməyib.
Sabuçu Xətt Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, şəxsiyyəti məlum olmayan şəxsi gecə saat 01:50 radələrində “Tümen-Bakı” sərnişin qatarı vurub.
Hadisə ilə bağlı araşdırma aparılır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM