Bakıda avtobus qəzası: ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

10:46 | 14.08.2014
Bakıda avtobus qəzası: ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

Bakıda avtobus qəzası: ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB

Bakıda avtobus qəzası baş verib.Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların adları dəqiqləşdirilir. Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. **** Uzun tıxaca səbəb olan qəzada 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıbBu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb.ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda hadisə yerinə Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb olunub.Şəhər Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, “İsuzu” markalı sərnişin avtobusu sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Ölənin sərnişin və ya sürücü olması ilə bağlı məlumat yoxdur.Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş verən qəza Heydər Əliyev prospektində Sabunçu körpüsündən Əzizbəyov metrosunadək uzanan tıxaca səbəb olub.

***

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, stansiyanın həkimləri 2 nəfər zərərçəkənə yardım göstəriblər, 1 nəfər naməlum kişi isə hadisə yerində ölmüş olub. Zərərçəkənlər 3 saylı Bakı şəhər Klinik Xəstəxanaya çatdırılıblar.Xəstəxanadan Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan sərnişinlərdən 8 nəfəri həmin xəstəxanaya çatdırılıb, lakin onlardan biri yolda dünyasını dəyişib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.Zərərçəkənlərdən biri azyaşlı uşaq olub. Zərərçəkənlərin arasında 80 yaşlı qadın da olub. Uşaq əməliyyat olunur. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM