Bakıda avtobus qəzası: Xəsarət alan var

10:00 | 09.03.2014
Bakıda avtobus qəzası: Xəsarət alan var

Bakıda avtobus qəzası: Xəsarət alan var

 Bakıda sərnişin avtobusu işıq dirəklərinə çırpılıb, xəsarət alan var. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası baş verib və bir nəfər kişinin köməyə ehtiyacı olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "Daewoo" markalı yol kənarındakı işıq dirəklərinə çırpılıb.

Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsi avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM