Bakıda avtobusla “Kamaz” toqquşub

13:10 | 18.07.2014
Bakıda avtobusla “Kamaz” toqquşub

Bakıda avtobusla “Kamaz” toqquşub

Bakı şəhərində yol qəzası baş verib. Paytaxtın Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Buzovna qəsəbəsində qeydə alınıb. 1976-cı il təvəllüdlü Vüqar Ağamehdi oğlu Hacıyevin idarə etdiyi 10 CD 468 dövlət nömrə nişanlı, 107 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1994-cü il təvəllüdlü Elməddin Şahnəzər oğlu Vəliyevin idarə etdiyi 10 CP 476 “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı sərnişin avtobusunda olan 1993-cü il təvəllüdlü Fərhad Şahid oğlu Səfərov xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM