Bakıda avtomobil qadınları vurub qaçdı

13:49 | 28.10.2014
Bakıda avtomobil qadınları vurub qaçdı

Bakıda avtomobil qadınları vurub qaçdı

Bakıda naməlum avtomobil iki qadını vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də saat 20 radələrində Xətai rayonunun C.Kərimov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Aybəniz Ramazanova və Leyla Qasımova vurulub. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

 

Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM