Bakıda baş redaktor yandırılaraq öldürüldü

12:00 | 27.04.2014
Bakıda baş redaktor yandırılaraq öldürüldü

Bakıda baş redaktor yandırılaraq öldürüldü

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yandırılmış meyiti tapılıb. 

Rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostugildə gecələməyə gedib. Bu gün onun meyiti yandırılmış halda aşkarlanıb. 

Məlumata görə, S.Soltanovun üzərinə benzin tökərək od vurublar.

Mərhumun cəsədi bu gün axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub.

Mərhum "Mizan-Tərəzi" qəzetinin baş redaktoru kimi təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.

Mərhumun hansı səbəbdən öldürülməsi qaranlıq olaraq qalır

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti