Bakıda bir gecədə 3 maşın yandı

10:41 | 11.10.2014
Bakıda bir gecədə 3 maşın yandı

Bakıda bir gecədə 3 maşın yandı

Bir gecədə üç ma.ın yanıb.

 

ANN.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan "OPEL" markalı minik avtobobilinin mühərriki və qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

***

 

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus “PEUGEOT” markalı minik  avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub.Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

***

 

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM