Bakıda biznesmen yaralandı - Silahlı basqın

19:00 | 10.08.2014
Bakıda biznesmen yaralandı - Silahlı basqın

Bakıda biznesmen yaralandı - Silahlı basqın

Bakıda quldurluq hadisəsi baş verib. 

Qaynar.info xəbər verir ki,  Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 131 ünvanında yerləşən aptekə 2 nəfər naməlum şəxs basqın edib. Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar. 

Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.

Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM