Bakıda bu gün asfalt vurulan yol çökdü - FOTO

17:28 | 05.11.2014
Bakıda bu gün asfalt vurulan yol çökdü - FOTO

Bakıda bu gün asfalt vurulan yol çökdü - FOTO

Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki ayırıcı zolaqda baş verən çökmənin səbəbi məlum olub.Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə verdiyi məlumata görə, səhər saatlarında həmin ərazidə su sızması baş verib.Onun sözlərinə görə, həmin yolun altından 700 diametrlik iki ədəd boru keçir. Həmin boruların qaynaq hissəsində sızma baş verib. Bunun nəticəsində yol çöküb: "Həmin yola bu gün asfalt-beton örtüyü də vurulsa da, yol yenə çöküb".P.Mürsəliyev deyib ki, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri qəzanı aradan qaldırırlar. Bundan sonra yenidən həmin hissəyə asfalt-beton örtüyü vurulacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür