Bakıda daha bir ağac “qətliam”ı - FOTO

15:30 | 24.08.2014
Bakıda daha bir ağac “qətliam”ı - FOTO

Bakıda daha bir ağac “qətliam”ı - FOTO

Binanın həyəti ağaclarla birgə hasara alınıb 

Oxu.Az xəbər verir ki, Bakı şəhər Xətai rayonu General Şıxlınski küçəsi 1B ünvanının sakinləri Lent.az-a müraciət edib. Onlar yaşadıqları binanın həyətindəki ağacların kəsilməsindən və istirahət yerinin hasarlanmasından narahatdırlar.

Müraciətdə bildirilir: 

“Binamızın qarşısında bizə məxsus olan həyət qeyri-qanuni şəkildə zəbt edilib sökürlər. Neçə-neçə iri ağac məhv edilib. Qocalar burada dincəlir, uşaqlarımız burada oynayırlar. Biz nə edəcəyimizi bilmirik, etirazımızı bildirəndə bizi hədələyirlər. Xahiş edirik bizə kömək edəsiniz”.

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM