Bakıda daha bir avtobus qəzası: yaralılar var

17:44 | 25.08.2014
Bakıda daha bir avtobus qəzası: yaralılar var

Bakıda daha bir avtobus qəzası: yaralılar var

Zığ şossesindən şəhərə gələn istiqamətdə qəzaya uğrayan sərnişin avtobusunun nömrəsi məlum olub. Qəzaya uğrayan "Əhmədli" metrostansiyasından Zığ qəsəbəsi istiqamətinə hərəkət edən 132 saylı avtobusdur.

Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, həmin avtobusun sürücüsü sürətlə hərəkədə olarkən idarəetməni itirib.Sürücü avtobusu saxlaya bilməyib və avtobus qarşıdakı "Qazel" markalı yük maşınına çırpılıb. Xoşbəxtlikdən qəza zamanı insan ölümü qeydə alınmayıb.Faktla bağlı araşdırma aparılır

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM