Bakıda daha bir məktəb bağlanır?

12:15 | 25.06.2014
Bakıda daha bir məktəb bağlanır?

Bakıda daha bir məktəb bağlanır?

Dünən Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin sökülməsi ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumata görə, məktəbin şagirdləri Gənclikdəki bir məktəbə köçürülüb. Məktəbin özündə isə söküntü başlanıb. 
Lakin məktəbin rəhbərliyi Bizimyol.info-nun hadisə yerinə ezam olunmuş əməkdaşına bildirilib ki, məktəbdə heç biri söküntü işi aparılmır. Məktəb rəhbərliyi qeyd edir ki, söküntü ilə bağlı onlara heç bir məlumat verilməyib: “Məktəbin sökülməsi ilə bağlı yayılan informasiya gördüyünüz kimi yalandır. Məktəb olduğu kimi yerindədir. Sadəcə məktəbin təmir olması ilə bağlı məlumat verilib. İyulun 1-dən məktəbin təmirə bağlanması ilə bağlı söyləntilər var. Ancaq, təmir başlanan zaman bunun doğru olduğunu söyləyə bilərik”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM