Bakıda Dünya Çempionatı keçirilir

14:41 | 12.11.2014
Bakıda Dünya Çempionatı keçirilir

Bakıda Dünya Çempionatı keçirilir

Azərbaycanda ilk dəfə Kompüter Oyunları üzrə Dünya Çempionatı keçirilir. ANN.Az Axar.az-a istinadən məlumat verir ki, Azərbaycanda Kompüter Oyunları üzrə VI Dünya Çempionatı (6-th e-Sport World Championship BAKU) başlayır, bu barədə məlumat Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən verilib. Ölkədə ilk dəfə keçirilən çempionat noyabrın 17-dək davam edəcək. Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation) himayəsi altında dünya kiber idmançılarını bir araya gətirən möhtəşəm tədbir “Crystall Hall”da təşkil olunub.Tədbirin təşkilində əsas məqsəd kiberidmanı Azərbaycanda populyarlaşdırmaq, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdan ibarətdir. Oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var. Xatırladaq ki, bundan öncə Təşkilat Komitəsi qadınlar və kişilər üçün ayrıca oyunlar keçirirdi. Lakin çoxsaylı müraciətlər nəzərə alınaraq, bundan sonra kişilərin yarışlarının açıq elan edilməsi qərarı qəbul edilib. Beləliklə, artıq həmin növdə qadınlar da öz qüvvələrini sınaya biləcəklər. Qadınlar arasında yarışlar isə əvvəlki tək dəyişməz olaraq qalıb.Qeyd edilən dəyişikliklərin qəbul olunduğu andan dərhal qüvvəyə minməsi və VI Dünya Çempionatı, eləcə də Milli Seçim Oyunlarında tətbiq edilməsi məqbul hesab olunub.

Dünya Çempionatında ölkəmizə 5 yer ayrılıb. Azərbaycan idmançıları finalda fərdi “Tekken Tag Tournament 2”, “Starcraft 2”, “Hearth Stone”, “Super Street Fighter IV” növləri, komanda yarışlarında isə “Dota 2” (5x5) növündə təmsil edəcəklər. Qaliblərin mükafatlandırılmasına gəldikdə, Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatında “IeSF”in tarixi ərzində ən böyük mükafat fondu (100. 000 ABŞ dolları) müəyyən edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM