Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

15:05 | 22.10.2014
Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM